Fransa bu məsələdə Azərbaycana kömək etməlidir

GÜNDƏM 09 iyn 2021, 12:43

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsində kömək etməlidir.

Jia.az xəbər verir ki, bunu fransalı senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsində Azərbaycana dünya ictimaiyyəti, o cümlədən Fransa kömək göstərməlidir.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top