Buffon "Barcelona"dan imtina etdi

İDMAN 10 iyn 2021, 07:10

İtaliyanın "Yuventus" klubunun sabiq qapıçısı Canluici Buffon İspaniyanın "Barselona" klubunun təklifindən imtina edib.

“Jia.az” xəbər verir ki, bu barədə “Sport.es” bildirib.

Məlumata görə, "Barselona" ona komandanın ikinci qapıçısı olmağı təklif edib, ancaq Buffon bundan imtina edib. O, mövsümün çox hissəsini ehtiyatlar oyunçular skamyasında keçirmək istəmir və özünə daha çox oyun vaxtı verə biləcək klub tapmağı nəzərdə tutur.

Xatırladaq ki, 43 yaşlı qapıçı 2020/2021 mövsümünün sonuna yaxın "Yuventus"u tərk edib və agent statusundadır.

Buffon 2001-ci ilin iyulunda "Yuventus"un oyunçusu olub, o, bu komandaya “Parma”dan 52,8 milyon avroya keçib. Lakin 17 il sonra İtaliya klubunu tərk edərək, agent kimi "Pari Sen-Jermen"ə gedib, ancaq bir mövsüm sonra, 2019-cu ildə Turinə qayıdıb.

Daha əvvəl Buffonun yayda "Barselona" ilə müqavilə bağlaya bilməsi barədə xəbər yayılıb. Qeyd edilirdi ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top