Bakıda avtomobil naməlum piyadanı vuraraq ağır xəsarət yetirib

HADİSƏ 13 iyn 2021, 05:51

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Jia.az"ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hüseyn Cavid parkının yaxınlığında avtomobil yolu keçən təqribən 55-60 yaşlı naməlum kişini vurub.

Hadisəni törədən taksi sürücüsü yaralını (şəxsiyyəti dəqiqləşdirilir-red) öz avtomobili ilə xəstəxanaya çatdırıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top