Elxan Məmmədov Kardaşla görüşdü

İDMAN 14 iyn 2021, 14:44

Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb.

"Jia.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov Avropa çempionatında Türkiyə millisinin oyunları ilə əlaqədar Bakıda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Kadir Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, AVRO-2020-nin A qrupunda Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top