Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək

GÜNDƏM 14 iyn 2021, 17:31

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə Jia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top