"Qəbələ"klubu qapıçı transfer edib

İDMAN 07 iyl 2021, 16:06

2021/2022 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

“Jia.az” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək.

“Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.

21 yaşlı oyunçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Qeyd edək ki, “Qəbələ” Nicat Mehbalıyevə qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top