Bakıda 2 yaşlı körpə 3 cü mərtəbədən yıxılıb

SAĞLAMLIQ 16 iyl 2021, 06:44
Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
 
“Jia.az”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
 
Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
 
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
 
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top