Göygöl sakini qudasını bıçaqladı

KRİMİNAL 18 iyl 2021, 11:01

Gəncə şəhərində qohumunu bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

“Babaxtv.az”ın Qərb Mərkəzinin məlumatına görə, Göygöl Topalhəsənli kənd sakini 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, Göygöl Topalhəsənli kənd sakini 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, daha sonra hadisə yerindən qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.08:09

Gəncə şəhərində bazar ərazisində keçmiş qohumlar arasında mübahisə yaşanıb, onlardan biri digərinə bıçaqla xəsarət yetirib.

“Jia.az” ın Qərb Mərkəzinin məlumatına görə, Göygöl rayon sakini, 56 yaşlı Elxan Abdullayev Gəncə şəhərində bazar ərazisində keçmiş qudası ilə aralarında yaşanan mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, tərəflər arasında öncələr də mübahisə yaşandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top