Mumbayda binalar çöküb ölən və yaralılar var

HADİSƏ 18 iyl 2021, 11:06

Mumbayda aramsız olaraq yağan musson yağışlarının yaratdığı torpaq sürüşməsi və daşqınlar bir neçə binanın çökməsi ilə nəticələnib ."Jia.az” “NDTV” kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, fəlakət zamanı azı 15 nəfər ölüb, daha bir neçə nəfər dağıntılar altında qalıb.

Bharat Naqar və Çembur bölgələrində 15 nəfər, Surya Naqar bölgəsində isə 9 nəfər dağıntılar altından xilas edilib. Qəza yerində xilasetmə əməliyyatı davam edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top