Vətən Müharibəsi şəhidi Rüstəmli İbrahimin anım günü qeyd olunub

QARABAĞ 19 iyl 2021, 06:53

Zərdabda Vətən Müharibəsi şəhidi Rüstəmli İbrahimin anım günü qeyd olunub.

”Jia.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün Rüstəmli İbrahim Mirzağa oğludunun 27 yaşı tamam olur.

Anım günü şəhidin məzarı önündə təşkil olundu və məzarı önünə tər qərənfillər düzülüb ruhuna dualar oxundu.

Tədbirdə Zərdab rayon icra Hakimiyyətinin, SHXCDX-nin Zərdab rayon bölməsinin,rayon içtimayətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.

Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq bu qələbədə payı olan ibrahim kimi qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən söhbət açılıb.

Daha sonra birinci Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanların məzarlarıda ziyarət olundu.Bundan başqa rayonda yerləşən küçələrdən birinə şəhid İbrahim Rüstəmlinin adı verilib. Şəhidin ailəsi göstərilən bu diqqət və qayğıya görə dövlət başcısına və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Xocavənd işğaldan azad olunduqdan sonra orda ilk Azanı məhz İbrahim Rüstəmli vermişdi. İbrahim 2020-ci il noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış, bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən, qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən şəhid Rüstəmli İbrahim Mirzağa oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top