Tatarıstanda Azərbaycan diaspor üzvləri mükafatlandırılıb

XARİCİ SİYASƏT 06 sen 2021, 10:22

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Ramiz Məmmədov və xanımı İlhamə Cəmilova “Sevgi və sədaqətə görə” medalı ilə təltif edilib.

Bu barədə "Jia az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunmuş bayram tədbirində çıxış edən Leninoqorsk bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov bildirib ki, şəhərin ictimai həyatında fəallıq göstərən, 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirən, Tatarıstanın inkisafına xidmətlər göstərən ailələr “Sevgi və sədaqətə görə” medalına layiq görülüblər.

Mer 31 il əl-ələ verərək Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini qoruyub gənc nəslə ötürən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Məmmədovlar ailəsinə - Ramiz Məmmədov və xanımı İlhamə Cəmilovaya medalı təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top