Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6% artıb

İQTİSADİYYAT 06 sen 2021, 10:48

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 810,1 milyon manat təşkil edib.

“Jia.az” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,7% artaraq 762,46 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,6 % artaraq 1 913,1 milyon manat, aksizlər üzrə daxilolmalar 18,3% artaraq 106,388 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4 % artaraq 28,1 milyon manat olub

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top