Iraqda terrorçular zərərsizləşdirilib

DÜNYA 06 okt 2021, 06:22

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti antiterror əməliyyatı keçirib.

“jia.az” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Zap ərazisində, “Pençe Kaplan” əməliyyat zonasında PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, əməliyyata artilleriya da cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top