ABŞ polisi Ali məhkəmə yaxınlığında olan şübhəli avtomobil partladıb

DÜNYA 06 okt 2021, 06:40

Vaşinqtonda ABŞ-ın Ali Məhkəməsinin binası yanında şübhəli kişi saxlanılıb.

“jia.az” bu Kapitoli Polisinin tviterinə istinadən xəbər verir.

Bildirilir ki, Kapitoli Polisi bölmələrindən birinin əməkdaşları avtomobildən kişini çıxarıblar.

"O həbs edilib", - xəbərdə deyilir.

Polisdən bildirilib ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Daha əvvəl Amerika mediası yazıb ki, asayiş keşikçiləri Birləşmiş Ştatların Ali Məhkəməsinin binası yaxınlığında şübhəli avtomobildə "nəzarət edilən partlayış"ı həyata keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top