Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

HADİSƏ 11 okt 2021, 07:05

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Jia.az"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1993-cü il təvəllüdlü Gözəlov Elvin Sircan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi, sol baldır və sağ bazu sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top