Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ictimai nəqliyyat sürücülərinə təlim keçmişdir.

CƏMİYYƏT 12 okt 2021, 22:56
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 9 oktyabr tarixində Xaliq Faiqoğlu MMC-nin ictimai nəqliyyat sürücülərinə “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. Təlim Paketi Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış və Azərbaycan dilə tərcümə edilmişdir. Təlim Atəşgah Sığortanın sponsorluğu ilə keçirilmişdir.
Təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri əlilliklər haqqında daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır. Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilmiş və nəticələrin müqayisəsi aparılmışdır.
Bundan əlavə əlilliyi olan insanlar təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşmüş və öz tövsiyələrini vermişdir. İştirakçılar müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini bölüşmüş və fəal şəkildə təlimdə iştirak etmişdir, bucür təlimlərin cəmiyyət üçün faydalı olduğu bildirilmiş və daha geniş kütlə üçün keçirilməsini tövsiyə etmişdir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top