Bakıda 17 yaşlı gənci avtomobil vurub

HADİSƏ 13 okt 2021, 06:26

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Jia.az”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“Nəsimi” metro stansiyasının yaxınlığında avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Nurməmmədov Nadir Məmmədəli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top