Türkiyə klubu transfer qadağası ilə üzləşib

İDMAN 14 okt 2021, 10:51

FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib.

"Jia.az" "Milliyet"ə istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu David Akintolaya 100 000 avro borcunu ödəməməsi səbəb olub.

Superliqa təmsilçisinin cəzası nigeriyalı vingerə ödəniş baş tutduqdan sonra aradan qaldırılacaq.

Qeyd edək ki, David Akintola 2020/2021 mövsümündə "Hatayspor"da çıxış edib. O, iyulda "Adana Demirspor"la müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top