Bakıda ər arvadını məftillə boğaraq öldürüb

KRİMİNAL 22 okt 2021, 09:30

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Jia.az"a Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top