Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti bəlli olub

KRİMİNAL 24 okt 2021, 09:24

Tovuz rayonunda bazarın önündə "VAZ-21015" markalı avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti dəqiqləşib.

"Jia.az"un Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

08:29

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Jia.az"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayondakı bazarın qarşısında qeydə alınıb.

Avtomobillə vurulan qadın piyada xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top