Qarabağda bərpa və yenidənqurma işlərinin vüsəti heyranlıq doğurur

CƏMİYYƏT 24 okt 2021, 11:25
 
Məlum olduğu kimi, bu il oktyabrın 20-də Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Bu
səmimi ab-havada keçən çox maraqlı tədbiri hamı kimi, mən
də böyük maraqla izlədim və müstəqil Azərbaycanın vətəndaşı
olmağımdan bir daha qürur hissi yaşadım.
Dövlətimizin başçısı tədbirdə
Zəngilanın çox füsunkar təbiətə malik
olan bir diyar olduğunu vurğulayaraq
dedi: “Mən ilk dəfə Zəngilana keçən
ilin sonlarında gəldim, dekabr ayında
və o vaxt heyran oldum bu diya￾ra. Əzəmətli dağlar, yaşıl meşələr,
çaylar, iqlim - bura doğrudan da
Azərbaycanın ən gözəl yerlərindən
biridir və məqsədimiz də odur ki,
Zəngilanı yenidən quraq. Çünki
köhnə Zəngilandan bir şey qalmayıb.
Siz indi görürsünüz, mənfur düşmən
demək olar ki, bütün binaları dağıt￾mışdır. Bir neçə bina qalıb ki, orada
hərbçilər yerləşirdi. Qalan bütün
binaları, bütün kəndlərin binalarını bir
məqsədlə dağıtmışlar ki, biz buraya
qayıtmayaq. Amma biz qayıtmışıq,
şanlı Ordumuz düz bir il bundan əvvəl
Azərbaycan bayrağını Zəngilanda
qaldırdı və düşməni bu torpaqlardan
qovdu”.
Qeyd etmək istəyirəm ki, cənab
Prezident bundan əvvəl Füzuli,
Xocavənd Cəbrayıl rayonlarına
səfərlər edərək, burada bir çox
mühüm sosial və istehsalyön￾lü obyektlərin təməlini qoyubdur.
Azərbaycan dövlətinin, şəxsən
Prezident İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə hazırda işğaldan azad
edilmiş bütün ərazilərdə geniş bərpa
və yenidənqurma işləri görülür.
Qarabağ hər bir azərbaycanlı
üçün olduqca doğma və məhrəm bir
diyardır. Onun 30 ilə yaxın düşmən
əsarətində qalması hər birimizin
ürəyini ağrıdırdı. İnsan yalnız şərəfli
ölkədə ləyaqətli ömür sürə bilər.
Azərbaycan bu gün dünyanın ən
şərəfli ölkələrindən biridir. Biz bu
mənada son dərəcə xoşbəxt xalqıq.
Xalqımıza bu xoşbəxtliyi müzəffər
Ali Baş Komandan, Prezident İlham
Əliyev, rəşadətli Azərbaycan Ordu￾sunun igid əsgər və zabitləri bəxş
ediblər.
Bu xoşbəxtlik xalqla dövlətin sarsıl￾maz birliyi sayəsində mümkün olubdur.
Bu birliyin, həmrəyliyin, yurdsevərliyin
qədrini bundan sonra daim bilməliyik.
O zaman daha güclü, daha qüdrətli
olacağıq.
Ermənilər Qarabağda olmazın
vəhşiliklər törədiblər. Onların əsl xisləti
məhz budur. Azərbaycan xalqı isə
ermənilərdən fərqli olaraq doğma Qa￾rabağda son bir ildə qurub-yaratmaqla
məşğuldur. Biz sivil, mədəni xalqıq.
Bizim onlardan fərqimiz çox böyükdür.
Mən çox istərdim ki, erməni xalqı
öz səhvlərini etiraf edib, nəhayət, düz
yola, haqq yoluna qayıtsın. Tarixdə
əbədi müharibələr olmur. Ermənilər
bizimlə qonşu kimi sülh, əmin-amanlıq
şəraitində yaşamağa çalışmalıdırlar.
Bu, onların da bizim də xeyrimizədir.
Bir məqamı xüsusi qeyd etmək
istəyirəm. Ermənistanda bəzi qatı
millətçi qüvvələr yenidən revan-
şist planlar qururlar. Bunlar əbəs
cəhdlərdir. Azərbaycan dövləti heç
vaxt bu qədər güclü və qüdrətli
olmamışdır. Azərbayacanın regionda
yaratdığı reallıqları heç bir qüvvə, heç
bir düşmən dəyişdirə bilməz.
Prezident İlham Əliyevin Zəngilan
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdə vurğuladığı kimi, biz
torpaqlarımızı şəhidlərimizin canı-qanı
bahasına işğalçılardan azad etmişik.
Şəhid olmuş hər bir insan, gənc bizim
ürəyimizdə, Azərbaycan xalqının
ürəyində əbədi yaşayacaq.
Bu gün Azərbaycan xalqı və
dövləti əl-ələ verib Qarabağı dünya￾nın ən gözəl məkanına çevirməklə
məşğuldur. Tezliklə qaçqın və köç-
kün ailələri doğma yurd yerlərinə
qayıdıb orada rahat və firavan ömür
sürəcəklər.
Habil NİFTALI,
“Optimist” Sosial Problemlərin
Həllinə Yardım” İctimai
Birliyinin sədri

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top