Çində neftayırmanın həcmi artır

ENERGETİKA 15 noy 2021, 14:40
 

“Jia.az” “Reuters”ə istinadən xəbər verir ki, Milli Statistika Bürosunun (NBS) hesabatına görə, neftayırmanın gündəlik həcmi sentyabr ayında 16 aylıq minimum olan 13,64 milyon barel, oktyabr ayında isə 13,75 milyon barel olub ki, bu da ötən ilin oktyabr ayına nisbətən 3 faiz azdır.

Eyni zamanda, bu ilin 10 ayı ərzindəki neftayırmanın ümumi həcmi 585,15 milyon ton, yəni ötən ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıq olub.

Qeyd edək ki, yüksək tələbat və məhdud təklif səbəbindən avqust ayının ortalarından neft məhsulları bahalaşır. Oktyabrın sonunda hökumət dövlət yanacaq ehtiyatlarını işə saldığını açıqlayandan sonra ölkənin cənubunda benzin və dizel yanacağı 30 faizdən çox bahalaşıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top