Deputat: "Döyüşdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş verilməlidir"

QARABAĞ 17 noy 2021, 11:51

Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.

“Jia.az”un xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməlidir. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top