Sudanın devrilmiş baş naziri ev dustaqlığından azad edilib

XARİCİ SİYASƏT 21 noy 2021, 15:00

Hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Sudanın baş naziri Abdullah Hamduq ev dustaqlığından azad edilib.

"Jia az" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Hamdukla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Bundan əvvəl yayılan məlumata görə, Sudan hərbçiləri və devrilmiş baş nazir Abdullah Hamduq onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəliblər. Saziş bütün siyasi məhbusların azad edilməsini nəzərdə tutur.

Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan oktyabrda baş nazir Abdullah Hamduq və bir sıra mülki vəzifələrin rəhbərlərini vəzifələrindən uzaqlaşdıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Ordunun idarəçiliyə müdaxiləsinə əleyhinə olan mülki hakimiyyət tərəfdarları küçələrə çıxaraq etiraz etməyə başlayıblar

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top