İmişlidə avtomobil gənc oğlanı vurub

HADİSƏ 22 noy 2021, 06:48

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Jia.az"ın məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Camalzadə Xəvri İkram oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı yaralıya sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top