Qarabağda yolu azan erməni Azərbaycan ordusunun nəzarətindəki əraziyə keçib-İDDİA

ORDU 29 dek 2021, 14:37

Ermənistan mətbuatı Qarabağın Əsgəran bölgəsində bir erməni sakinin yolu azaraq, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyi  barəə məlumat yayıb.


Jia.az xəbər verir ki, Ermənistan tərəfinin iddiasına görə, 1971-ci il təvəllüdlü Armen Abrikoviç Verdyanın itkin düşməsi ilə bağlı xəbər bu gün səhər saatlarında daxil olub.


“Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər zamanı məlum olub ki, vətəndaş Naxçıvanik və Uxtasar qəsəbələri ərazisində azaraq, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındakı zonaya keçib. Rusiya sülhməramlılarına insident barədə məlumat verilib. Hazırda Armen Verdyanın Ermənistan tərəfinə qaytarılması ilə bağlı danışıqlar aparılır”,-deyə məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top