Qazaxıstandakı aksiyada 95 polis xəsarət alıb

DÜNYA 05 yan 2022, 09:22

Qazaxıstanda maye qazın kəskin bahalaşmasına etiraz edənlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş toqquşmalar
xeyli insanın xəsarət alması ilə nəticələnib.
 

Jia.az xəbər verir ki, bu barədə “Kazinform” Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, bu hadisələr nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq və dövlət binalarına hücumla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb. İctimai asayişi pozduqlarına görə 200-dən çox şəxs saxlanılıb.

“Daxili işlər orqanları əhalinin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - Daxili İşlər Nazirliyinin məlumatında bildirilib

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top