Kriştiano Ronaldo mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər

İDMAN 07 yan 2022, 09:25

Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

"Jia.az" "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.

Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldu cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top