Gəncədə gün ərzində 2-ci intihar hadisəsi baş verib

HADİSƏ 09 yan 2022, 22:39

Gəncədə gün ərzində ikinci intihar hadisəsi olub.

"Jia.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı Vəliyev Cavid Faiq oğlu zirzəmidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Xatırladaq ki, bundan öncə daha bir intihar hadisəsi şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top