Kamran Ağayev karyerasını bitirir

İDMAN 10 yan 2022, 18:26

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.

 

Jia.az "Report"a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, 36 yaşlı qolkiper qapıçılarla iş üzrə məşqçi Fərhad Vəliyev vasitəsi ilə xəbər göndərib: "Özüm Kamranla görüşməmişəm. Bu gün axşam məşqində onunla bu barədə danışacağam".

 

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 - 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top