
Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutub.
Jia.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Lukaşenko Cinpinə KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin fəaliyyəti və KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) növbədənkənar iclasının nəticələri barədə məlumat verib.
“Mövcud beynəlxalq gündəmə toxunan Belarus prezidenti və ÇXR sədri Qazaxıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyə məluamtda qeyd olunur.