ANAMA ƏDV-dən azad edilib

İQTİSADİYYAT 11 yan 2022, 15:18

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilib.

"Jia.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi də daxil edilib.

Bu fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top