İrəvandan İstanbula 77 manat, Bakıdan İstanbula isə 241 manat – Təyyarə biletləri

TURİZM 13 yan 2022, 22:48
Türkiyə hökumətinin “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verməsində sonra bilet qiymətləri maraq doğurmaqdadır.
 
Jia.az Banker.az istinadən məlumat verir ki, 2022-ci ilin fevral ayındakı Bakı-İstanbul-Bakı və İrəvan-İstanbul-İrəvan reysləri üzrə biletlərin qiymətlərini müqayisə etdik.
 
Bakıdan İstanbula fevralın 2-ə ən ucuz bilet 241 manat olduğu halda, İrəvandan İstanbula isə 77 manata əldə etmək mümkündür.
 
Bakıdan İstanbula ən ucuz aviabilet təqdim edən “AnadoluJET” aviaşirkəti, İravandan İstanbula isə “FlyON” aviaşirkətidir.
 
AZAL-ın rəsmi səhifəsinənda isə müvafiq reys üzrə, öz təyyarəsi ilə isə bu tarixə 289.3 manat təşkil edəcək.
 
Bu qiymətlər isə onlayn təyyarə biletlərini əldə etmək üçün nəzərdə tutulmuş platformalardan əldə etmək mümkündür, lakin bircə AZAL-dan başqa.
 
Azərbaycanın əsas aviadaşıyıcısı olan AZAL-dan bildirilib ki, yalnız aviaşirkətin rəsmi səhifəsindən bilet qiymətlərini əldə edib və ya müqayisə etmək mümkündür.
 
AZAL-dan bildirilir ki, fevral ayının 2-si və 5-də gediş-gəlişin (Bakı-İstanbul-Bakı) bileti 540 manat təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top