Türkiyəli tanınmışlar Ermənistana getmək istəyir? - FİKİRLƏR FƏRQLİDİR...

SİYASƏT 21 yan 2022, 13:46

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında keçirilən görüşlər anlaşma ilə yekunlaşıb. Nəticədə iki ölkə arasında qarşılıqlı şəkildə uçuşlara start veriləcək.

 

Türkiyə tərəfindən aviareysləri icra edəcək "Pegasus" şirkəti, İstanbuldan İrəvana ilk uçuşunu fevralın 2-də, geri dönüş reysini isə fevralın 3-də həyata keçirəcək.

 

Maraqlıdır, reyslər açıldıqdan sonra Türkiyə vətəndaşları Ermənistana səyahət etmək niyyətindədirmi

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Jia.az-a açıqlamasında bildirib ki, Ermənistana getmək niyyəti yoxdur:

 

“Mən Ermənistana getmək niyyətində deyiləm. Bizim türk vətəndaşlarımız Ermənistana getmək istəməz. Onların bura gələcəyini təxmin edirik. Bizim onlara ehtiyacımız yoxdur, ermənilərin Türkiyəyə ehtiyacı var. Təbii ki, Ermənistan geridəqalmış ölkədir, Türkiyə onlarla müqayisədə qat-qat inkişaf etmiş ölkədir. Hazırki vəziyyətdə Ermənistana gedəcəyimi düşünmürəm. Çünki Ermənistan və Azərbaycan arasında əlaqələr düzəlmədən, ora getmərəm”.

Ondan fərqli olaraq, türkiyəli məşhur siyasi ekspert Abdullah Ağar isə Ermənistana maraq üçün getmək istəyər:

 

“Bir araşdırmaçı olaraq Ermənistana getməyi arzulayaram. Bununla da müharibədən sonra Ermənistanın vəziyyətini görmək istəyərəm. İnsanların psixologiyası, ölkənin siyasi vəziyyəti, yaşam tərzi, iqtisadi durum və s. haqqında məlumat almaq mənim üçün maraqlı olar. Amma getmək istəyim məni maraqlandıran məsələlər olduğu üçündür. Ermənistana özəlliklə getmək istəmərəm, gedəcək o qədər ölkə varkən, niyə Ermənistana gedim?!”.

Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall da Ermənistana getmək istədiyini qeyd edib:

 

“Mən getmək istəyərəm. Bir jurnalist olaraq, orada baş verən hadisələri öz gözümlə görmək istəyirəm"

Türkiyəli təhlükəsizlik və terrorla mübarizə üzrə mütəxəssis İmbat Muğlu hesab edir ki, heç bir türk Ermənistana səfər etmək istəməz:

 

“Bir türk olaraq oraya getməyi arzulamıram. Artıq Ermənistan küncə sıxışdığı üçün Türkiyəyə yaxınlaşmaqdadır. Məncə, dünya barışı üçün gözəl başlanğıcdır, amma Ermənistandan əvvəl dostluq qurulması lazım olan ölkələr var. Ermənistan əslində bizə tabedir. Biz onlara güvənsək, sonradan yenə arxadan bıçaqlanacağıq”.

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı digər müsahiblərimiz kimi Ermənistana getməyi arzulamır:

 

“Məncə, vətəndaşlarımız bu ölkəyə getmək istəməz. Mən də getməyi planlaşdırmıram. Amma Ermənistandan Türkiyəyə gəlmək istəyən çox sayda insan var. Biz ora niyə gedək? İş adamı getsə, potensial yox, görüləcək, gəzəcək yer yoxdur. Dost ölkə deyil, oraya getsək, bizi yaxşı qarşılayacaqlarını da heç kim düşünmür. Türk vətandaşı getsə, narahat vəziyyətdə olacaq

Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş da İrəvana səfər etmək fikrində olmadığını söyləyib:

 

“Mən bir türk olaraq oraya heç vaxt getmərəm. Bizim vətandaşların da gedəcəyini düşünmürəm. İçimizdə onlara qarşı hələ də küskünlük var"

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top