
Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqi və bölgədə mühüm tərəfdaşdır".
Jia.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Jeffri Fleyk deyib.
O qeyd edib ki, ABŞ və Türkiyənin qlobal sülh və təhlükəsizliyə ən ciddi təhdidlərə qarşı birgə mübarizə aparması milli maraqlara uyğundur.
"Türkiyə bu gün 2000-ə yaxın Amerika şirkətinə ev sahibliyi edir. Türk şirkətləri ABŞ-da uğurla fəaliyyət göstərir və ABŞ 2021-ci ildə Türkiyənin ikinci ən böyük ixrac bazarına çevrilib. Mədəniyyət, elm və təhsil mübadilələri də iki ölkə xalqını birləşdirir”, - deyə səfir bildirib.