Həkim: "Omicron" ştamina yoxulanlarda PCR testinin cavabı mənfi də ola bilər"

GÜNDƏM 27 yan 2022, 06:42

Omikron" ştamına yoluxan bəzi insanlarda koronavirus testinin cavabı mənfi ola bilər".

"Jia.az" "ABC news"a istinadən xəbər verir ki, bunu Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının mütəxəssisi Con Braunşteyn bildirib.

"Omikron" BA.2 koronavirusunun tanımaq orijinal "omikron" BA.1-dən daha çətindir. Adi COVID-19 testləri müsbət və ya mənfi nəticə göstərə bilər, lakin onlar spesifik alt növü müəyyən edə bilməz. "Omikron" mürəkkəb genetik xüsusiyyətə malikdir", - həkim deyib.

Tibb mütəxəssisi qeyd edib ki, PCR testlərin yenidən işlənməsi "omikron"un yeni tiplərini aşkarlamağa kömək edəcək.

Koronavirusun "omikron" ştamı və ya B.1.1.529 noyabr ayında Botsvana və Cənubi Afrikada tapılıb. Mütəxəssislərin fikrincə, xəstələnmiş və peyvənd vurulmuş şəxslər buna yoluxa bilər. Yeni variant artıq 110 ölkədə müəyyən edilib. Əvvəlki "delta" ştamına nisbətən daha sürətli yayılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top