
Ankara Moskvanın təhlükəsizlik tələbinə alyansın cavabından sonra Rusiya-NATO dialoqunu davam etdirmək istəyir.
Jia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bildiyiniz kimi, Rusiya tərəfi ABŞ və NATO-ya öz təklif və tələblərini yazılı şəkildə göndərib. Öz növbəsində, onlar da yazılı cavab veriblər. Hər biri razılaşmanın mümkün və qeyri-mümkün olduğu məqamları açıqlayıb. Biz bu dialoqun davam etməsini istəyirik. Problemlər iki görüş və ya məktubla həll olunmayacaq”,- XİN rəhbəri əlavə edib.