40 yaşlı müəllim COVİD-19-un qurbanı OLDU

SAĞLAMLIQ 05 fev 2022, 11:40

Azərbaycanda 40 yaşlı universitet müəllimi koronavirusdan vəfat edib.

 

Jia.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.

 

Məlumata görə, o, bir müddət əvvəl COVID-19-a yoluxub. C.Məmmədli uzun müddət xəstəxanada müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top