Qeyri-neft məhsullarının ixracı 59% ARTIB

NEFT, QAZ 05 fev 2022, 17:56

Bu ilin yanvar ayında Azərbaycanın ixracınn dəyəri 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 59 % çox - 232,2 milyon ABŞ dolları təşkil edib.

 

Bu barədə Jia.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.

 

Ötən ay meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib.

 

Bundan başqa, son 1 ildə kimya sənayesi məhsullarının ixrac dəyəri 9,3 dəfə, pambıq lifinin ixrac dəyəri 56,4 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 56,5 %, pambıq iplik ixracının dəyəri 34,5 %, şəkər ixracının dəyəri 24,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracının dəyəri isə 10,2 % artıb.

 

Hesabat dövründə yeyinti məhsulları üzrə ixracın dəyəri 31 % artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 71,9 % artaraq 172 milyon ABŞ dolları təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top