QHT-nin "Ekoloji maarifləndirmə tədbirlərinin təşkili" mövzusunda layihənin icrası davam edir

CƏMİYYƏT 19 apr 2022, 19:38
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə " Kənd Qadınlarına Qayğı" İctimai Birliyinin həyata keçirdiyi " Layihə çərçivəsində növbəti tədbir 19 Aprel 2022-ci il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət Evində keçirmişdir. Yerli sakinlərin iştirakı ilə keçirilən görüşdə Layihə rəhbəri Habil Niftali iştirakçıları salamladıqdan sonra tədbir layihənin eksperti Günel İbrahimin təqdimatı ilə davam etdirilmişdir.Xatirladaq ki, layihə çərçivəsində ilk tədbir 18.04.2022 tarixində Fizuli rayonu Horadiz qəsəbəsində yerləşən Heydər Əliyev mərkəzində keçirilmişdir. Növbəti və sonuncu tədbir isə sabah 20.04.2022 tarixində Tər-Tər şəhərində yerləşən 6 nömrəli tam orta məktəbdə keçiriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top