“İntellektual İnkişaf Naminə” İctimai Birliyi növbəti tədbir keçirib

BÖLGƏ 27 apr 2022, 11:11

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İntellektual İnkişaf Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mütaliə imkanlarının yaradılması, oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir. 21 aprel 2022-ci il tarixində N. Behdiyev adına İsmayıllı şəhər 6 saylı məktəbdə keçirilən tədbirdə İsmayıllı RİH-in nümayəndəsi, məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak edib.
Çıxış edənlər layihənin məqsədi, vəzifələri, məktəblilər, gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqinin, ictimai müzakirələrin təşkilinin zəruriliyindən danışıblar.
Tədbirin sonunda mütaliə metodları və oxu vərdişinin qazanılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
İntellektual İnkişaf Naminə İB-nin Mətbual xidməti




 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top