“İntellektual İnkişaf Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən tədbir

GÜNDƏM 27 apr 2022, 11:50
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İntellektual İnkişaf Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mütaliə imkanlarının yaradılması, oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində 20 aprel 2022-ci il tarixində Eldar Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb-liseyində məktəblilər, gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliği və stimullaşdırılması istiqamətində seminar təşkil edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əhmədağa Ələkbərov iştirakçıları salamladı, bu mövzudakı tədbirlərin əhəmiyyətindən danışaraq, sözü İsmayıllı RİH-nin əməkdaşı Nəsimi Teymurov verdi.
İsmayıllı RİH-in əməkdaşı N. Teymurov təhsilə dövlət qayğısından bəhs edərək, mütaliənin vacibliyini vurğuladı.
Sonra söz “İntellektual İnkişaf Naminə” İB-nin icraçı direktoru Həzi Aslanova verildi.
H. Aslanov layihənin məqsədi, vəzifələri, məktəblilər, gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqinin, ictimai müzakirələrin təşkilinin zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verdi.
Daha sonra çıxış edən layihənin eksperti Rüfət Əhmədov tərəfindən oxuma medodları, sürətli oxuma, oxu vərdişinin necə qazalınması haqqında geniş məlumat verildi.
Sonda mütaliə metodları və oxu vərdişinin qazanılması ilə bağlı müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.
"İntellektual İnkişaf Naminə" İB-nin Mətbuat xidməti



DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top