Damla polisə müraciət edib – Səbəbi..

Jurnalistika.az N-Xəbər.com-a istinadən xəbər verir ki, qısa zamana məhşurlaşaraq geniş auditoriya toplamağı bacaran azərbaycanlı müğənni Damla polisə müraciət edib. Bu barədə açıqlama verən müğənni müraciətinə səbəb kimi  Rafiz Cəfərzadə adlı şəxsin onun youtube kanalını silməsini səbəb göstərib.

Damla qeyd edib ki: “Bəli, Rafiz Cəfərzadə mənim rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun. Bir neçə gün öncə dedim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir. Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi”.

Müğənni eyni zamanda həmkarlarına da çağırış edərək, Rafiz adlı bu şəxsə inanmamalarını məsləhət görüb. 

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

Test

Loading ... Loading ...

ARXİV