Tədqiqatçılar, laboratoriyada ilk dəfə olaraq uzaq planetlərdə atmosfer havasını dəyişdirəcək maddə hazırladıları iddiasını irəli sürüblər.
Açıqlamalarda əldə olunmuş maddənin tərkibindəki kimyəvi qazların səth temperaturuna və planetin həyat üçün potensialınına təsir edə biləcəyi açıqlanıb.
Araştırmalar gələcək tədqiqatlara kömək edəcək.
İndi komanda yaratdıqları hava hissəciklərinin tərkibini təhlil etmək üçün daha çox iş aparırlar.
Bu həftə "Nature Astronomy" jurnalında dərc edilən tədqiqatın aparıcı müəllifi Dr Sarah Hörst: "Biz parçacıqların meydana gəldiyini, bunlardan nə çıxdığını və həyatın mənşəyi üçün orqanik inventarların nə olduğunu müəyyən edə bildik " – deyə, BBC-yə müsahibəsihdə bildirib.
Hörst əlavə edib ki: "Günəş sistemi ilə əlaqədar bu təcrübələri etməkdən çox şey öyrənəcəyik. Biz yalnız bir planet haqqında deyil, ümumilikdə planetlərin necə işlədiyini öyrənmək istəyirik".
“Super-Yerlər” (super – Earths) və “mini-Neptunlar” (mini-Neptuns) ekzoplanetləri araşdırmaların əsas mənbəyi olub. Bunlar indiyədək kəşf edilmiş ekzoplanetlərin ən çox yayılmış qrupudur.
Ən yaxın super-Earth, “Proxima b”, Yerdən 40 trilyon kilometrdən uzaqdadır və onu izlənmək çox çətindir.