Ermənistan KTMT-nin Astana sammitində növbəti uğursuzluğa düçar olub

Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Astana sammitində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan növbəti uğursuzluq yaşamalı olub. Belə ki, KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov qurumunun baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. 
Bu məsələ əksər MDB ölkələrində olduğu kimi, Azərbaycan ictimaiyyətində də dərin maraq doğurub. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə dedi:
– Məlum olduğu kimi, KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuri Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, buna heç cür nail ola bilmədi. Astana sammitində Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
Fikrimcə, bu məsələdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin prinsipial mövqeyi xüsusi alqışa layiqdir. Belə ki, sammitə ev sahibliyi edən Qazaxıstanın dövlət başçısı baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salmışdır.
Düşünürəm ki, Astanada Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq salıb. Yəni Nikol Paşinyan qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirib. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə nümayiş etdirir.
Burada bir məqamı vurğulamaq lazımdır. Ümumiyyətlə, təsis olunandan etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmamışdır. KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyildir.
Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar da vardır. Bu sənəd məhz Azərbaycan üçün hazırlanmışdır. Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik olunaraq müşahidəçi dövlət statusu təsis edilmişdir.
Milli Məclisin deputatı T.Rzayev sonda qeyd etdi ki, Ermənistan öz işğalçı siyasətindən əl çəkməli, qonşu, suveren dövlətin zəbt ediyi torpaqlarını geri qaytarmalıdır. Təəssüf ki, rəsmi İrəvan hələ də sağlam düşüncə və məntiqlə hərəkət etmir. Şübhə etmirəm ki, bu gün rəsmi İrəvanın nümayiş etdirdiyi qeyri-konstruktiv, naşı və ambisiyalı siyasət bu işğalçı ölkəni həm MDB məkanında, həm də qlobal arenada bundan sonra tamamilə nüfuzdan salacaq.

 

Söhbəti yazdı:
M.HACIXANLI,
“Xalq qəzeti”

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

Test

Loading ... Loading ...

ARXİV