Xocalı qətliamını törədənlərə sonsuz nifrətin nümayişi.

Bu il fevralın 26-da Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib. On minlərlə insanın iştirak etdiyi yürüşün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı vəhşicəsinə törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Əməkdaşımız yürüş iştirakçılarının bir neçəsindən bu mühüm tədbir barədə fikir və mülahizələrini bildirməsini xahiş edib. 

Habil NİFTALI, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi sədrinin müavini:
– Hesab edirəm ki, yürüş xalqımızın Xocalı qətilamını törədənlərə sonsuz nifrətini nümayiş etdirdi. Mən bu ümumxalq yürüşünə qatılmaya bilməzdim. Burada iştirak etməklə, həm vətəndaşlıq borcumu yerinə yetirdim, həm də bu dəhşətli Xocalı faciəsini törəndənlərə bir daha kəskin nifrətimi bildirdim.
Xocalı soyqırımı bəşər tarixində ən amansız qətliamlardan biridir. Bu vəhşiliyi “Böyük Ermənistan” xülyasına düşən erməni faşistləri törədiblər. Qatı erməni millətçiliyinin əsl sifəti, xisləti məhz budur!
Dünya Xocalı qırğını haqqında həqiqəti bilməlidir. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş bu dəhşətli vəhşiliyə laqeyd qalmaq olmaz. Yürüşdə iştirak edənlərin əsas tələbi budur: Xocalının dinc sakinlərinin ölümündə təqsirkar olanlar cəzalandırılmalıdır. İnanıram ki, gec də olsa haqq-ədalət yerini tapacaq!
Fərman ƏMİROV, Bakı şəhərindəki 169 saylı tam orta məktəbin direktor müavini:
– Mən ixtisasca tarixçiyəm. Qeyd etmək istəyirəm ki, təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və deportasiyalara məruz qalıblar.
Xatırladım ki, SSRİ-nin süqutundan dərhal sonra yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu.
Nəticədə ölkəmizin ərazilərinin təqribən beşdə biri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Ermənistanın başladığı müharibənin ən faciəvi səhifəsi Xocalı şəhərinin məhv edilməsi oldu. İşğalçılar Xocalını darmadağın edərək əhaliyə qarşı xüsusi amansızlıqla qətliam törətdilər. Lakin cinayətkarlar layiqli cəzadan qaça bilməyəcəklər! Yürüşdən hasil etdiyim həqiqət budur!
Arif MƏHİDOV, Cəbrayıl ­rayonundan məcburi köçkün:
– Mən, ilk növbədə yürüşün yüksək səviyyədə təşkil olunmasını qeyd etməyi özümə borc bilirəm. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” kimi şüarlar nümayiş etdirilirdi. Tədbir həqiqətən yüksək səviyyətə təşkil olunmuşdu. Buna görə də təşkilatçılara dərin təşəkkürümü bildirirəm.
Xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini heç vaxt unutmayacaq. Əminəm ki, yerlə-yeksan edilərək yandırılan Xocalı şəhəri, bütün Qarabağ torpağı tezliklə düşmən işğalından azad ediləcək!

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV