Türkiyədə səsvermə məntəqəsində atışma olub, ölənlər var

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərdə baş verən olaylar zamanı ölənlər və yaralananlar olub.

Jia.az Turkiyyə mətubatına istinadən verdiyi məlumata görə, Malatyanın Pötürge  qəsəbəsində səsvermə məntəqəsində iki qrup arasında qarşıdurma yaranıb.

Dava-dalaş zamanı tapançadan atəş açılıb, Hasan Aktaş və İlyas Aktaş ölüb. Təhlükəsizlik qüvvələri olaya müdaxilə edib, atəş açan şəxs saxlanılıb.

Diyarbəkirin Çüngüş qəsəbəsində isə səsvermə zamanı çıxan dava-dalaşda 9 nəfər yaralanıb.

Bu gün İstanbulda Üsküdar Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində həyat yoldaşı Əminə Ərdoğanla birlikdə səs verən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Malatyada baş verən hadisəyə münasibət bildirib. R. T. Ərdoğan prezident kimi baş verən hadisənin onu ciddi narahat etdiyini söyləyib. Türkiyə prezidenti hüquq-mühafizə orqanlarının hadisəni araşdırdığını nəzərə çatdırıb: “Belə məqamlarda dodağımızın arasından çıxacaq sözlər çox böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, seçkilər bitənə qədər arzuedilməz hadisələr olmasın”.

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV