Türkiyənin İstanbul Aydın Universitetinin nümayəndə heyəti ADNSU-da olub

Martın 29-da AzərbaycanDövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İstanbul Aydın Universitetinin rektoru, doktor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı universitetdə görülən işlər, tədris prosesi, qəbul statistikası, əcnəbi tələbələr və tələbə mübadiləsi barədə qonaqlara ətraflı məlumat verib.

ADNSU-da olmaqdan qürur hissi keçirdiyini bildirərn Türkiyənin İstanbul Aydın Universitetinin rektoru, doktor M.Aydın ADNSU ilə əməkdaşlıqda xüsusən də tələbə və professor-müəllim heyətinin mübadiləsində maraqlı olduqlarını bildirib.

Daha sonra görüş universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə davam edib. Tədbir iştirakçılarınaİstanbul Aydın Universitetində tədris prosesi, beynəlxalq əlaqələri və maddi texniki bazasından bəhs edən geniş video təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda İstanbul Aydın Universitetinin rektoru, doktor M.Aydın tələbələrə təhsil və iş həyatında uğur qazanmağın yollarından danışıb və bu istiqamətdə öz tövsiyələrini verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV