QHT sədrləri SƏLİS haqda nə fikirdədilər?- Videoreportaj

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə istifadəyə verilib.“E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.Aprelin 5-də e-Növbə proqramı çərçivəsində Şura ilə qalib QHT-lər arasında ilk qrant müqavilələri imzalanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ilk müqaviləni şəxsən QHT rəhbərinə təqdim edib. QHT TV-də bu prosesi yaxından izləyərək, QHT rəhbərlərinin yeni sistem ilə bağlı fikirlərini öyrənib.

 

 

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

Test

Loading ... Loading ...

ARXİV