-->

ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.

ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.

Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Qələndər Aslanov respublikamızda fəaliyyət göstərən beynəlxalq Kyokuşin Karate təşkilatlarını birləşdirərək “KWU-Azərbaycan” (Kyokuşin Dünya Birliyi-Azərbaycan) yaradıb.

 

Təşkilatın yaradılmasına həsr olunmuş tədbirdə Qələndər Aslanov bildirib ki, qurumların birləşdirilməsində məqsəd Azərbaycanda Kyokuşin karate təşkilatlarının səylərini koordinasiya etməkdir: “Bunun üçün biz KWU dünya və Avropa çempionatında, eləcə də müxtəlif milli və beynəlxalq yarışlarda iştirak etmək üçün ən yaxşı idmançılarımızı seçməklə bir milli rəqabətin həyata keçirilməsini tövsiyə edirik. Bu səbəbdən biz “Kyokuşin Dünya Birliyi – Azərbaycan”ı qurmağa qərar verdik. Bu gün dünyada və Azərbaycanda Kyokuşin karate üzrə müxtəlif beynəlxalq təşkilatlar var. Biz də yeni qurumun bütün üzvləri üçün tamamilə müstəqil bir təşkilat olduğunu bəyan ediririk. “KWU – Azərbaycan”ın ümumi hədəfləri və məqsədlərini nəzərə alaraq, əlverişli hesab etdikləri formada öz təşkilatlarını və dövlətlərini inkişaf etdirmək hüquqlarını tanıyırıq”.

Q. Aslanovun sözlərinə görə, təşkilatın yaradılması idmançılarımıza Kyokuşin Dünya Birliyi hərəkatında aktiv iştirakçı olmaq imkanını verir. Həm də Azərbaycanı beynəlxalq strukturlarda təmsil etmək üçün uyğun şərait yaranmış olur.

Tədbirin sonunda səsvermə yolu ilə Qələndər Aslanov “Kyokuşin Dünya Birliyi-Azərbaycan”ın, eləcə də Hakimlər kollegiyasının sədri seçilib. Rəsmi protokollar imzalandıqdan sonra “Hakimlik” seminarı keçirilib. Seminarda beynəlxalq dərəcəli hakim Q.Aslanov ümumi qaydaları və yarışlar zamanı baş verən vəziyyətləri nəzərə almaqla, testlər hazırlayıb. Bu testlər sayəsində hakimlərin səviyyələrini yoxlamaq mümkündür.

Qeyd edək ki, ATU-nun “Təbib” idman klubunun Karate bölməsinin tələbələri də seminarda fəal iştirak ediblər. Q.Aslanovun bildirdiyinə görə, tələbələr karate idman növünə çox böyük maraq göstərirlər: “Əvvəlki illərdə karate ilə yalnız oğlanlar məşğul olurdusa, son illərdə bu idman növünı qızların da marağı böyükdür. Nəzəri və praktiki seminarların davamlı olacağını planlaşdırırıq.

Seminarlardan sonra test imtahanları keçirəcəyik və bu imtahanlarda fərqlənənləri qarşıda nəzərdə tutulan yarışlarda hakimliyə cəlb edəcəyik”.

www.jia.az.

XƏBƏR LENTİ

Azərbaycanda zəlzələ oldu


Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına start verdi


Azərbaycanda işsizlik üzrə proqnoz açıqlanıb


34 yaşlı qadın dərmandan zəhərlənib


1279 namizəd qeydə alınıb


Həkim xəstəni döyüb


İçməli sudan kütləvi zəhərlənmə


Bağdaddakı Amerika bazasına daha bir raket zərbəsi endirildi


Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişiklik edildi


MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb


SORĞU

Test

Loading ... Loading ...

ARXİV